Türkiyənin məşhur “Kim milyoner olmak ister?” verilişinin Yeni il buraxılışında Azərbaycanla bağlı sual marağa səbəb olub.
OLAY yazır ki, proqramda aktyor Oktay Kaynarca qonaq olan vaxt ““Anaokulu”nun Azərbaycan dilindəki adı hansıdır?”, - deyə, soruşulub.
Cavablar arasında isə “balacalar tarlası”, “uşaq bağçası”, “kiçiklər bostanı”, “körpələr parniki” kimi variantlar yer alıb.
Kaynarca 50 min lirə dəyərindəki bu suala düzgün cavab verməyi bacarıb.