Müğənni Şəbnəm Tovuzlunun qızı Günelin toyu təxirə düşüb.
OLAY yazır ki, bu barədə Ş. Tovuzlu qonaq olduğu “Elgizlə izlə” proqramında danışıb. Sənətçi deyib ki, qızının təhsili ilə bağlı sözügedən məclisin keçirilmə vaxtı uzadılıb:
“Hələki toyu dayandırmışıq, ikinci kursda oxuyur. Universiteti bitirsin, sonra… Onun üstündə çox əziyyətim olub. Sevən, gözləyər. Arzum olub ki, qızım təhsilini alsın, bitirsin”.
Qeyd edək ki, Günel noyabrda nişanlanıb. Şəbnəm bundan sonra açıqlama verərək, qızının 2-3 aya toyunun olacağını qeyd edib.