Xalq artisti Brilliant Dadaşova qadınların bir-biri ilə duet oxumasını sevmədiyini bildirib.
OLAY yazır ki, sənətçi bu haqda “Günün sədası” verilişində qonaq olarkən danışıb.
Dadaşova qeyd edib ki, yalnızca Xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet oxumağa istəklidir:
“Sənətimdə elə bir şey olmayıb ki, mən kiməsə müraciət edim ki, gəlin sizinlə duet oxuyaq. Kim müraciət edirsə, onlarla məmnuniyyətlə oxuyuram. Qadının qadınla duet oxumasını isə anlamıram. Türkiyədə olanda da menecerlər təklif edirdi ki, orada kiminləsə oxuyum. Mənim belə bir fikrim, arzum olmayıb. Ajda Pekkanı çox istəyirəm, amma qadınla duet fikirləşməmişəm. Oxusam, rəfiqəm Zülfiyyə ilə oxuyacam. O da tələbə vaxtlarımızın xatirinə, çünki biz ikimiz piano ilə çalıb, oxuyurduq”.