Əməkdar artist Tünzalə Əliyeva beynindəki şişlə əlaqəli səsinin batmasından sonra ilk dəfə canlı efirə qoşulub.
OLAY yazır ki, sənətçi yaşadığı çətinlikdən “Bizimləsən” verilişində danışıb.
Aktrisanı bu halda görən tamaşaçılar göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, T. Əliyeva səsinin batması və bu səbəbdən işindən ayrılması haqda ilk dəfə OLAY-a açıqlamasında demişdi.