“Bu sahədə yalnız Renkanı (rəqqasə Rəna Ağamuradova – red.) görürəm, bəlkə də yadımdan çıxanlar var. Onun öz musiqi üslubu var, tələbə kimi deməyim. Lakin iki ay ödəniş edərək yanıma gəlib-gedib. İki ildir rəqs etmirəm, qazancım ayaqqabı biznesindəndir. Bütün sevgimi də bu işə yönəltmişəm. Mənə rəqqasəlik indi sərf etmir. Çünki ayda orada əldə etdiyim pulun 20 qatını qazanıram”.
OLAY yazır ki, bu sözləri “MTV Magazin”ə açıqlamasında rəqqasə Aytən Əliyeva deyib. O bildirib ki, son iki ildir məclislərdən istədiyi qonorarın miqdarını artırıb:
“Artıq iki ildir ki, məclislərə gediş qiymətim 1000 manatdır. Bu il həmin qiymətdən 6 məclisdə oynamışam. Onlar da məclislərində yalnız məni istəyiblər. Rəqsə tələbat var, yoxsa xınalar rəqqasəsiz necə keçər? Lakin dəyər və hörmət yoxdur. Tək oriyentaldan danışmıram, milli rəqslərimizi də nəzərdə tuturam ki, dəyər verilmir.
Bir müğənni fonoqram oxuyub 1500 manat, rəqqasə hündürdaban ayaqqabıda, tərin içində rəqs edib 300 manat aldı. Moskva toylarından mən 4-5, ya da 6 min pul istəyirəm. Azərbaycanda rəqqasələrə 250-300 manat verilir, 500 manat aldıqlarını eşitməmişəm. Bu gün mən də 4-5 yüz manata getsəm, bütün rəqqasələrin işini öldürərəm. Çünki rəqqasə kimi mənə tələbat çoxdur. Ev yiyəsi deyə bilməz ki, açıq-saçıq geyin. Mən efirə bağlı geyinirəmsə, məclislərə də elə gedə bilərəm. Bütün rəqqasələrin məclislərə gediş qiymətini bilirəm, çünki bir çoxu mənim əlimin altından gəlib keçir. Bəziləri var ki, çıxıb danışırlar, beş-altı il sonra baxıb utanacaqlar.
Mən 22 ildir bu sənətdəyəm, gəl, mənim yaşıma çat, gör Aytəndə olan görkəm səndə qalacaq? Rayondakıların pulu olsa, 2 min manat verib Didemi gətirərlər. O vaxt Tolik onu çox baha qiymətə gətirməmişdi. Özü də rayondakılar, yazıqlar. Onlar rəqqasə görəndə qaçırlar, qaldı ki, 2 min manat versinlər”.