Aparıcı Zaur Baxşəliyev verilişindəki açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o, “Zaurla Günaydın” proqramında ad çəkmədən bir həmkarına söz atıb.
Belə ki, o, verilişin qonaqları Mənzurə Musayeva və Nüşabə Musayeva ilə səhnəcik qurub. Oyuna görə Zarun halı pisləşib, Mənzurə isə həkim rolunu oynayıb.
Bu zaman Baxşəliyev “Özümü lap bir veriliş var orada hiss etdim. Təcili yardım bir dəqiqədə qapıda olur (gülür). Barıtı çox etdin, təcili yardım nə tez gəldi?” sözlərini səsləndirib.
O, proqramın adını çəkməsə də, həmkarı Xoşqədəm Baxşəliyevaya söz atdığı düşünülüb. İddia olunub ki, Zaur tez-tez müraciət edən şəxslərin huşunu itirdiyi, yaxud da studiyada səhhətlərində problem yarandığı “Səni axtarıram” verilişini nəzərdə tutub.