Aparıcı Elgiz Əkbər onu müzakirə edən şəxsi məhkəməyə verəcək.
OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu proqramda danışıb. Elgiz deyib ki, həmin insan onun verilişdəki fikrini təhrif edərək müzakirəyə çıxarıb:
“Onu məhkəməyə verəcəm. Artıq sənədləri hazırlamışam, vəkilim bu işlə məşğuldur. Onun başına bir oyun gətirəcəm ki... Belələrini ifşa etmək lazımdır ki, digərlərinə də dərs olsun. Yəni sən fikir formalaşdırırsan. Deməli, verilişdə evlənmək üçün bir oğlan gəlib, gözləri qıyıq kimi idi. Demişəm ki, monqol-tatarlarına oxşayırsan. Sən tarixi bilmirsən, savadın yox, cahil, şüursuz, tatarlar necə döyüşçülər olub, tarixdə ad qoyublar, qəhrəman olublar. O insanları tanımırsan, onlarla və döyüşkən ruhları ilə bağlı qalaq-qalaq kitablar yazılıb. Guya ki, mən oğlanı aşağılamışam, yerdən-yerə vurmuşam. Nə demişəm ki? Tərbiyəsizin biri tərbiyəsiz”.