TV proqram
TV proqram

“İnsanlar TikTokda meymunluq görmək istəyir”

“İnsanlar TikTokda meymunluq görmək istəyir”

“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, o, TikTok platformasından gileylənib.

Bu haqda Fərid “Xəzər axşamı” verilişində qonaq olarkən danışıb.

“TikTok musiqi aləminə böyük zərbə vurdu. Bunu bütün dünya reperləri deyir. Məcburən indi müğənnilər mahnı yazanda çalışırlar, TikTokda “partlasın” ki, sonra trend olsun. Biz TikTokda albom buraxırıq, video qoyuruq, 2-3 min baxış gəlir. Amma vaynerlə qucaqlaşıb, zarafat edib video paylaşıram, 45-50 min baxış olur. Bunu istəyirlər - Daha çox meymunluq etsin, biz də baxaq”, - deyə, reper bildirib.