Uzun illərdir Türkiyədə yaşayan Xalq artisti Azərin məşhur musiqi proqramı “Şarkılar bizi söyler”də yer alıb.
OLAY yazır ki, o, Resul Dindar, İmran Salkan, Züleyha və Samida kimi sənətçilərlə birgə qonaq olub.
Veriliş “Etnik musiqilər” konsepti ilə 17 dekabrda yayımlanacaq.
Qeyd edək ki, ekran işinin aparıcıları Sibel Can, Hakan Altun və Hüsnü Şenlendiricidir.