Aparıcı Afaq Gəncəli keçmiş həyat yoldaşının vəfat etdiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Söz- Baz” proqramında danışıb. O deyib ki, mərhum çox yaxşı insan olub:
“Məktəbi bitirəndə hər qızı uşağının ailə qurub, övlad sahibi olmaq həvəsi olur. Həyatın keşməkeşli yollarından keçəndən sonra dedim, evlənə bilmərəm. Çünki enerjili idim, düşündüm ki, ora-bura qaçmaqla kim səni saxlayar. 23 yaşında ailə qurdum, bir il sonra ana oldum. O, dünyasını dəyişib. Bu günə qədər də deyirəm, gözəl insan idi, yaxşı xasiyyəti vardı. Bizim böyük davamız olmayıb.
Anlaşılmazlıq baş verdi, ikimiz qərara gəldik və ayrıldıq. Mən evdə çox sərbəst olmuşam, öz qərarlarımı və nə edəcəyimi bilmişəm. Təbii ki, valideynlərimlə məsləhətləşirdim, dedilər, bəlkə, düşünəsən. Bizə vaxt verdilər, amma qərar qəbul edəcək bir yaşda idik”.
Afaq həmçinin deyib ki, uşaqlıq illərinin bir hissəsini Suriyada keçirib:
“Biz Suriyada yaşayırdıq. Atam diplomat, ərəb dili üzrə tərcüməçi idi. Dəməşqdə idik. İbtidaini burada bitirdim, yenidən qayıtdıq Suriyaya. Sonra 8-ci sinifdə təkrar Bakıya gəldim ki, o məktəbi bitirməliyəm. Anam müəllim idi, atam da Şərqşünaslıq fakültəsini bitirmişdi. Demək olar o da müəllim idi. Çox sistemli, qayda-qanunlu idilər.
Süfrədə oturursansa, böyük gələndə ayağa qalxmalısan, çağırdılarsa, “hə” yox, “bəli” deməlisən. Suriyada qala bilərdik, atam dedi ki, getməliyik, uşaqlar universiteti orada oxumalıdırlar. 5 illik müqaviləmiz bitdi, biz qayıtdıq. Atamla Bakıya gəlmək istəyirdik, atamla qardaşım isə yox. İkiyə bölünmüşdük. Təqvimdə günlərin üstündən xətt çəkirdik, günləri sayırdıq ki, Bakıya gedəcəyik. Çünki dostlarıma, sinif yoldaşlarıma bağlı insanam”.