Xalq artisti Məleykə Əsədova Heydər Əliyevin anım günündə onunla bağlı xatirələrini bölüşüb.
OLAY yazır ki, bu haqda sənətçi “Təsir dairəsi” verilişində qonaq olarkən danışıb.
M. Əsədova Ulu Öndərin onun tamaşalarını izləməsindən bəhs edib:
“”Xurşidbanu Natəvan” tamaşamızın üç gün ard-arda premyerası oldu. Gözüm hər an Heydər Əliyevi axtarırdı. Onun sənətimiz haqda yüksək fikirlər söyləməyi, teatr haqda danışığı… O, teatrşünasdan çox bilirdi. H. Əliyev saatlarla vərəqsiz danışırdı. Heç yorulmurduq, o qədər qulaq asırdıq ki… Gözləyirdik, nə vaxt danışmağa başlayacaq? Fenomen insan, şəxsiyyət idi”.