Xalq artisti Afaq Bəşirqızı mərhum Xalq artisti Telman Adıgözəlov barədə xatirələrindən danışıb.
OLAY yazır ki, bu haqda sənətçi “O üz” verilişinə açıqlamasında deyib.
Bəşirqızı bildirib ki, T. Adıgözəlov ona əziz insan olub:
“Telmanın adı gələndə mənim üçün köhnə xatirələr dolur, yeni dünya açılır. O dünyada özümü çox yüngül, yaxşı hiss edirəm. Telman mənə, həqiqətən, əziz insan olub. Bir səhnəni bölüşdüyüm sənətkarlar haqda danışmaq mənim üçün ağırdır. Onlar daim mənim yaddaşımdadır. Lakin məhz biri haqda danışmaq yaramı qanadır. Çox sadə, zarafatcıl, diqqətcil idi. Lətifələr danışardı… Allah o dünyasını versin”.