Aktyor və rejissor Ramin Hacıyev aparıcılığa başlayıb.
OLAY yazır ki, o, “MTV Azərbaycan”da yayımlanacaq olan “Utandım yerinə” proqramını təqdim edəcək. Ramin deyib ki, həm də layihənin rəhbəridir:
“Bura dəvət olunanların əksəriyyəti yumor adamlarıdır. Onlarla iş birliklərim çox olub, ona görə də, aramızda səmimiyyət var. Bu da zala və tamaşaçıya çatır. İstəyirik ki, verilişimiz səmimi olsun. İstəyirəm məni səmimi qəbul etsinlər, əgər ləhçə ilə danışıramsa, bilə-bilə belə edirəm. Adam utanc verici hadisədən harada danışa bilər? Ancaq səmimi olduğu yerdə danışa bilərsən də. Bu səmimiyyət də mənim aparıcı olmağıma təkan verdi”.