Xalq artisti Faiq Ağayev ad çəkmədən qalmaqal yaşadığı Xalq artisti Brilliant Dadaşovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.
OLAY yazır ki, müğənni bu barədə Birinci TV-nin yutub layihəsində qonaq olarkən söz açıb.
Faiq bildirib ki, heç kim üçün “Əgər o burada varsa, mən yoxam”, - deyə, şərt qoymadığını bildirib:
“Mən heç vaxt şərt qoymuram. Heç kimin varlığı mənə darlıq gətirmir. Rahat çıxıb oxuyuram. Əgər toy idarə edirəmsə, xoşuma gəlməyən müğənni yarım saatlıq ifa üçün gəlirsə, mən onun canına dua edirəm. Çünki o yarım saat vaxtda istirahət edəcəm. Amma elələri var ki, deyir, o bura gəlsə, üstümə benzin səpərəm. Heç kim də benzini vermir onun əlinə ki, götürüb özünü yandırsın, canımız qurtarsın ondan (gülür). Bu yaxınlarda da biri üstüörtülü elə bir şey dedi, axırda nə oldu? Müslüm Maqomayev kimi sənətkarın yubileyində mən var idim, o yox idi. Sən belə böyük sənətkarsansa, səni də ora dəvət edərdilər”.
Qeyd edək ki, Dadaşova qatıldığı verilişlərin birində Ağayev haqda “Sən bilirsən ki, mən səhnədə bir nəfər var, o olan yerə getmirəm. Oradan mənə 15-25 min də pul versələr, getmirəm. O çıxdığı proqramlara da heç vaxt çıxmıram. Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”, - deyə, bildirib.