Dünya çempionatınını yayımladığına görə son günlər müzakirə mövzusuna çevirilən İctimai Televiziya haqda aparıcı Cavid Gül də rəy bildirib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
“Bəzi futbol həvəskarları DÇ-nin ölkə ərazisində yalnız İTV tərəfindən yayımlandığına qarşıdır. Relaks, dostlar. Şərhçilər də normaldır, görüntü də yerindədir. Sadəcə biraz pul xərcləyib uşaqları Qətərə də yollamaq olardı. Qalan hər şey normaldır. Seçim istəyənlər internetdən baxa bilər. Kabel TV-ni isə protest edirsinizsə, sona qədər edin. Bəlkə, yerli kanallar düzələr. Məcbur ağlaşma, “ulaşma”, “zorlaş”manı deyil, sizin istədiyiniz kontenti verər. Reytinq ölçüləri dəyişsə də, göstəricilər demək olar dəyişmir. Normal proyektlər isə..., əşi, nəysə, uzun söhbətdir”.