Müğənni Xuraman Şuşalı xınayaxdı biznesi ilə məşğul olan bir çox məşhurları özünə rəqib görməyib.
OLAY yazır ki, bu haqda sənətçi “MTV xəbər”ə danışıb.
Xuraman bildirib ki, ona sırf xına aparıcısı kimi baxılmasını istəmir.
“Hərənin öz müştərisi var. Mən xınadan fəaliyyətə başlamamışam, konservatoriya bitirmişəm. Sırf xınayaxdı aparıcısı deyiləm, ali təhsilli müğənniyəm. İstəmirəm məni belə sıralara salıb adımı hallandırsınlar. Vaqif Gərayzadə məktəbi görmüşəm”, - deyə, ifaçı bildirib.