Aparıcı Mikayıl Güləddinoğlu və həmkarı İslam Mehrəliyevin efirdəki şousu müzakirə yaradıb.
OLAY yazır ki, İslam “Xəzər axşamı” verilişində “Gəldim e, gəldim” sözlərini deyərək Mikayılı parodiya edib. Bu isə Güləddinoğlunun ürəyincə olmayıb. O, İslamın onu ironiyalı yamsıladığını bildirərək proqramı tərk edib.
Daha sonra isə bunun sadəcə şou olduğu məlum olub. Mikayıl qısa müddət sonra “Gəldim e, gəldim” ifadəsini səsləndirərək efirə daxil olub və “Bunu belə deyirlər, möhürü Mikayıl vurub”, - deyə, bildirib.