TV proqram
TV proqram

“Desələr, Kərim boşanır, hamı yazacaq”

“Desələr, Kərim boşanır, hamı yazacaq”

Müğənni Kərim Abbasov türk həmkarı Soner Sarıkabadayını təkrarlaması ilə bağlı iddiaya münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində danışıb. Kərim deyib ki, klip çəkilişi rejissorun işidir:

“Mən heç vaxt rejissorun, aranjımançının işinə qarışmamışam. Rejissora desəm ki, filan şeyi belə et. O həvəsdən düşür. Öz ideyasını yox, sənin dünyanı göstərməyə çalışır. Qaldı ki, geyim ya da başqa nüansların bənzərliyi varsa, dünyada hamı bir-birindən oğurlayır. Dünyada hər şeyi kopyalayan “kitay”dır, onu deyən yoxdur. Bizdə paxıllıq və xainliq var.

Buradakı əziyyəti demirlər. Müğənnilərin çoxu ağac altında klip çəkdirir. Müəyyən adamlar var ki, klipə pul ayırırlar. Baxırsan ki, iş var. Layihəni təqdim edirsən, yazırlar ki, Soner Sarıkabadayıya, ya da digərinə bənzəyir. Qurtarın daha! Müğənni əziyyət çəkib, pul töküb, bunu dəyərləndirin. Bunu niyə paylaşmadız?  Mən hamınızın işinə yarayan sənətçi olmuşam. Niyə gözləyirsiz ki, Kərim zəng etsin, desin ki, klipimi yayımla. Mən bunu etmərəm. Sən paylaş, mən də təşəkkür yazım. Axı mən bu klipi ildə iki-üç dəfə çəkdirərəm. Ən çoxu üç dəfə, bunu öz səhifənizdə paylaşmaq bu qədər ağırdır? Amma desələr, Kərim boşanır hamı yazacaq. Onlara klip, iş maraqlı deyil. Keçən dəfə Zaurun (aparıcı Zaur Baxşəliyev- red) verilişinə çıxmışdım ailəmlə, daha sayt, səhifə qalmamışdı bizi paylaşmayan. Sənətçinin ailəsi insanlara maraqlıdır, amma özünün işi də maraqlı olmalıdır”.

Qeyd edək ki, Kərimin “Mənə maraqlı deyil” klipi Sarıkabadayının “Boza- boza” layihəsinə bənzədilib.