Tanınmış teleaparıcı Tarix Əliyevin verilişinin adından bir neçə müğənniyə qarşı dələduzluq halları aşkarlanıb.
OLAY yazır ki, 055-550-28-87 nömrəsindən bir sıra müğənnilərlə əlaqə saxlanılaraq onları "Tarixin bir günü" verilişinə dəvət etdikləri bildirilib. Lakin verilişdə iştirak üçün ödəniş tələb olunub.
Məlumata görə, bəzi sənətçilər bu təklifə inanaraq 300- 600 manat məbləğində ödəniş ediblər.
Məsələ ilə bağlı açıqlama verən Tarix Əliyev qeyd edib ki, sözügedən mobil nömrə ilə əlaqə saxlayıb və ödəniş edən bütün sənətçilərə hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.