Keçmiş teleaparıcı Nəsimi Nəbizadə qardaşı Elnur Nəbizadə həbs olunub.
OLAY yazır ki, bu barədə Yenilik.az məlumat yayıb.
Məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların hər üçü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi ) maddəsi ilə ittiham edilirlər.
***
Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb:
“Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəlli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb. 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir”.