Narkotik testi müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqlayıb.

OLAY yazır ki, Şeyma bu haqda instaqramda videoaçıqlama paylaşıb:

“Səmimiyyətimə nə dərəcədə inanacaqsınız bilmirəm, amma mən atdığım addımların, şəxsi inkişafıma aid olan hər şeyin məsuliyyətini dərk edirəm.

Səmimi bir tövbə mərhələsindəyəm, hətta o prosesi artıq keçmişəm. Bundan sonra diqqət mərkəzimdə qızım, səhhətim, inancım və fərqindəliyim olacaq. Bəlkə də, yaşamalı olduğumuzu yaşayırıq. Hər şərdə bir xeyir var”.

O bildirib ki, bundan sonra yoluna dürüstcə davam etmək niyyətindədir.