Müğənni Samirə Əfəndi Zəfər Günündə yeni layihəsini təqdim edib.
OLAY yazır ki, vətənpərvərlik mövzusunda olan mahnı “Doğma diyarım” adlanır.
Tamilla Əhədovanın müəllifi olduğu musiqi parçası sənətçinin rəsmi “YouTube” kanalında və onlayn platformalarda yerləşdirilib.
Müğənni yeni mahnısını paylaşaraq “Qoy yaşasın üçrəngli bayrağım, Azərbaycanım!” şərhini yazıb.