Musiqi
Musiqi

Boris Moiseevin son albomu təqdim edildi

Boris Moiseevin son albomu təqdim edildi

Rusiyanın mərhum Əməkdar artisti Boris Moiseevin son albomu “Я не могу тебя терять” noyabrın 4-də işıq üzü görüb. 

OLAY yazır ki, bu barədə prodüser Sergey Qorox instaqramda məlumat verib.

Qeyd edib ki, buraxılış sənətçinin öldüyü andan 40 günə təsadüf edir.

O əlavə edib ki, alboma Alla Puqaçova, İlya Reznik, Raymond Pauls, Nikolay Trubach, Denis Maydanov və başqalarının 13 mahnısı daxil edilib.

Xatırladaq ki, müğənni sentyabrın 27-də 69 yaşında Moskvada vəfat edib. İfaçının ölümünə üçüncü insult səbəb olub.