Xalq artisti Səkinə İsmayılova iki dəfə Həcc ziyarətində olub.
OLAY yazır ki, bu barədə ustad xanəndə “Yanar Saat” proqramında məlumat verib.
“İki dəfə Həcc ziyarətində olmuşam. Bunu mənə Allah qismət edib. Şükür edirəm, Allah razıyam. Hər kəsə qismət olsun. Oradan hədiyyələr gətirdim. Özəl şəxslərə verdim. Hər insana oradan gətirdiyim hədiyyəni verə bilmərəm. Gərək həmin insanların dinə sevgisi və hörməti olsun”.