Ötən günlərdə 45 yaşına qədəm qoyan Xalq artisti Miri Yusif doğum gününü səmərəli keçirib.
OLAY yazır ki, şəhər məkanlarının birində səhnə alan ifaçı sevənləri ilə birgə əylənib. Canlı ifalar səsləndirən müğənni “Ruh əkizləri” ilə maraqlı anlar yaşayıb.
Bundan başqa, İctimai Televiziya sənətçinin bu yay “Yaşıl Teatr”da ard-arda verdiyi 3 günlük konsert proqramını da Miri Yusifin ad günündə yayımlayıb.
Xalq artisti isə bu ərəfədə yeni qərarını tamaşaçıları ilə bölüşüb. Belə ki, sənətçi yeni konsert proqramıyla səhnəyə çıxacağını bildirib.
O, 6-7 yanvar tarixlərində Heydər Əliyev sarayında sevənlərinin görüşünə gələcək. Canlı ifalar sərgiləyəcək müğənni səhnədə 2 saat qalmağı planlaşdırır. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək.