Xalq artisti Miri Yusifin pandemiyadan öncə planladığı konserti baş tutacaq.
OLAY yazır ki, sənətçi “SS production”ın təşkilatçılığı ilə 1,2,3 iyulda Yaşıl teatrda sevənlərinin qarşısına çıxacaq.
Canlı ifalar sərgiləyəcək müğənni səhnədə 3 saat qalmağı planlaşdırır. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək. Tamaşaçıları səhnədə Miri Yusifin ulduz qonaqlarla duetləri də gözləyir.
Qeyd edək ki, Miri Yusifin 24 may 2020-ci il “Crystal Hall”da keçirilməli olan və pandemiyaya görə təxirə salınan konsertinə alınan bütün biletlər bu tarixlərdə keçərlidir.