Meyxanaçı Namiq Məna ilə Mehman Əhmədlinin sözləri çəp gəlib.
OLAY yazır ki, buna səbəb N. Mənanın bədahətən deyilən şeirlərin meyxana yox, bədiyyə olduğunu açıqlamasıdır.
Namiq “Space Maqazin”ə müsahibəsində söylədiyi fikirlərin üzərində dayandığını deyib. Lakin bu, Mehman Əhmədlinin xoşuna gəlməyib, həmkarını tənqid edib:
“Namiq neçə ildir bədiyyə deyir. Bu arenada tək qalıb. Biz ona sübut etmişik. Arxaya çəkilmir. Meyxanadır, bədiyyə deyil”.