Musiqi
Musiqi

Bəstəkara ittiham

Bəstəkara ittiham

“2006-cı ildə bir mahnım var idi, Sevda Yahyayeva  oxumuşdu. Səhv etmirəmsə, onu Özbəkistanda ya da, Türkmənistanda icazəsiz səsləndirmişdilər. Mən də Müəllif Hüquqları Agentliyinə getdim. Orada hörmətli bəstəkarlarımızdan biri əyləşmişdi”.

OLAY yazır ki, bu sözləri “Səhərin səsi” verilişində müğənni-bəstəkar Pərviz Mahmudov deyib.

O, deyib ki, həm şəxs mahnını təsdiqləməyib:

“Mahnını təsdiq etmək istəyirdim ki, hüquqlarımı tələb edim. Amma o şəxs mahnını bəyənmədiyi üçün təsdiq etmədi.  Bir dəfə də səsyazma studiyasında bəstəkarlarımızdan biri, Xalq artisti var idi. Müğənniyə demişdi ki, mənim mahnım qala-qala niyə onunkunu oxuyursan. Heç buna ehtiyacı da yox idi, illərin sənətkarıdır”.