Noyabrda 2 gün konsert verməyə hazırlaşan reper Orxan Zeynallı (AİD) yeni mahnısı “Yaraşır”ı təqdim edib.
OLAY yazır ki, sənətçi trekində 6 il sonra Bakıya gəlməyinə, Amerikadakı həyatına vurğular vurub. Mahnının söz və musiqisi reperin özünə, aranjımanı isə İslam Şirvaniyə aiddir.
Qeyd edək ki, Orxan bir neçə gün öncə 20 saata bütün konsert biletlərini sataraq tarixi rekorda imza atıb. Sənətçi konsertinin ikinci gününü də keçirəcəyini bildirib.
Məlumat üçün bildirək ki, konsert 20-21 noyabrda “Elektra Events Hall”da keçiriləcək.