Musiqi
Musiqi

Pikedən ayrıldığını göz yaşları içində oxudu

Pikedən ayrıldığını göz yaşları içində oxudu

Dünya şöhrətli kolumbiyalı müğənni Şakira Barselona klubunun müdafiəçisi Jerard Pike ilə ayrılığına həsr olunmuş yeni “Monotonia” (Monotonity) trekini və ona çəkilmiş klipi təqdim edib. 

OLAY yazır ki, “Monotonia” mahnısının mətni pərəstişkarlarının və medianın fikrincə, Pikenin xəyanətindən bəhs edir.

Yeni trekdə ifaçı monotonluğun məhv etdiyi münasibətdən oxuyur, mətndə isə bunun heç kimin günahı olmadığını bildirən sətir var. 

Həmçinin mahnının sözlərində keçmiş sevgilisinin həmişə diqqət mərkəzində olmaq istədiyi və özü bu qayğının  yarısını belə qarşı tərəfə ötürmürdü.

Xatırladaq ki, müğənni və futbolçu təxminən 11 il birlikdə olub, onların iki oğlu var - 9 yaşlı Milan, 7 yaşlı Saşa.

Cütlük rəsmi olaraq evli olmayıb. Şakira və Pikenin ayrılması ilə bağlı açıqlama bu ilin iyun ayının əvvəlində verilmişdi.