Xalq artisti Röya Ayxan və aktyor Nicat Rəhimovun “Dəli kimi” mahnısına çəkilən klip yutubda 2 milyon baxış toplayıb.
OLAY yazır ki, bu barədə Röya instaqramda paylaşım edib.
““Dəli kimi” 2 milyon oldu! Sevdiyiniz, bəyəndiyiniz üçün təşəkkür edirik. Əziyyəti keçən bütün komandaya minnətdaram”, - deyə, sənətçi bildirib.
Qeyd edək ki, Bakıda lentə alınan klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib. Mahnının müəllifi isə Ceyhun Bayramlıdır (Jay Hun).