Xalq artisti Röya Ayxanla komediya aktyoru Nicat Rəhimovun “Dəli kimi” adlı dueti yutubda 1 milyon baxış sayını keçib.
OLAY yazır ki, bu barədə Röya sosial şəbəkə hesabında məlumat paylaşıb.
Sənətçi dinləyicilərinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Bakıda lentə alınan klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib. Mahnının müəllifi isə Ceyhun Bayramlıdır (Jay Hun).