Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla dueti “Dəli kimi”ni təqdim edib.
OLAY yazır ki, günlər əvvəl tizeri yayımlanan ekran işi bu gün musiqi platformalarında, eyni zamanda R. Ayxanın rəsmi yutub kanalında dinləyicilərin ixtiyarına verilib.
Bakıda lentə alınan klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib.
Əyləncəli layihəyə rəhbərliyi “KEvents Group” öz üzərinə götürüb.
Qeyd edək ki, mahnının müəllifi isə Ceyhun Bayramlıdır (Jay Hun), fotolar Elbəy Sadıxlıya məxsusdur.