Musiqi
Musiqi

4 ölkə birdən Avroviziyadan çəkildi

4 ölkə birdən Avroviziyadan çəkildi

Monteneqro, Bolqarıstan və Makedoniya gələn il Avroviziya mahnı müsabiqəsində yer almayacaq. 

OLAY yazır ki, bu barədə hər üç respublikanın dövlət kanalları RTCG, MRT və BNT məlumat yayıb. 

Bir neçə saat sonra isə Bosniya və Herseqovina müsabiqədən çəkildiyini qeyd edib. 

Şimali Makedoniyanın yaydığı məlumata əsasən, Avroviziya üçün ayrılan maliyyənin ölkədə enerji strukturuna yatırdığını bildirib. Digər ölkələr isə yarışmadan ayrılma səbəbini açıqlamayıb.