Azərbaycan əsilli repçi Bahh Tee (Bəxtiyar Əliyev) “Zhara Music” musiqi leyblinin satışından əldə etdiyi pulları necə xərclədiyi haqda danışıb.
OLAY yazır ki, bu barədə “Sold Out” yutub layihəsinə qonaq olarkən deyib.
Bahh Tee şirkətin satışından 10 milyon dollardan çox (17 milyon manatdan çox) gəlir əldə etdiyini bildirib:
“Özüm üçün bir “Bentley” və “Maybach” sifariş etdim, sonra onlara görə dəli olduğumu başa düşdüm, sonra ləğv etdim. Mən Moskvada bir ev, külli miqdarda daşınmaz əmlak, sahəsi 1000 kv.m-ə qədər olan ticarət mərkəzi aldım, orada 250 kv.m-lik bir studiya tikdim”.
Xatırladaq ki, Zhara Music səsyazma leyblinin təsisçiləri Emin Ağalarov və Bahh Tee (Bəxtiyar Əliyev) onu 2021-ci ilin yazında Warner Music Group-a satıblar.