Məşhur müğənni Zemfiranın bəstələri Rusiya radiostansiyalarının efirindən silinib.
OLAY yazır ki, bu barədə solenka.info xəbər yayıb. Nəşrin məlumatına görə, Avropa Media Qrupu dinləyicilərin müğənninin mahnılarına marağının azaldığını bildirib.
Həmçinin Zemfiranın treklərini pleylistlərdən silməsinə səbəb sənətçinin Rusiyanı tərk edərək Ukraynada keçirilən xüsusi əməliyyatı tənqid etməsi olub.