Musiqi
Musiqi

Ona nifrət edənlərə cavab verdi

Ona nifrət edənlərə cavab verdi

SSRİ Xalq artisti Alla Puqaçova onu tənqid edənlərə cavab verib.

OLAY yazır ki, bu barədə müğənni instaqram hesabında paylaşım edib:

“Nə yaxşı ki, həmişə dözə bilmədiyim insanlar mənə nifrət edirlər. Məni bəyənsəydilər, bu, o demək olardı ki, mən oxuyub boşuna yaşamışam. Səbəbi aydındır. Qoy dişlərini qıcasınlar. Onlar mülkədar idilər, qul oldular”.

Qeyd edək ki, Alla sentyabrın sonunda sənətçi uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib.

Sənətçinin əri Maksim Qalkin Rusiya Federasiyasında xarici agent qeydə alınıb.