Musiqi
Musiqi

Qətl edilən müğənni “O Ses” iştirakçısı imiş

Qətl edilən müğənni “O Ses” iştirakçısı imiş

Ötən gün mahnı sözlərini bilmədiyi üçün qətlə yetirilən müğənni Onur Şenerin “O Ses Türkiye”yə qatıldığı üzə çıxıb.

OLAY yazır ki, layihənin Türkiyə üzrə təsisçisi və aparıcısı Acun Ilıcalı bu ölüm hadisəsi ilə bağlı paylaşım edib:

“Onur Şenerin canına qəsd edən insanlıq düşmənlərini lənətləyirən. Bu canilərin ibrət olacaq ən ağır cəzanı almağını istəyirən. Gözəlq ardaşımın məkanı cənnət olsun. Başımız sağ olsun”.

Bir vaxt sözügedən verilişdə münsif olan Hadise isə bu sözləri yazıb:

““O Ses Türkiye” səhnəsində birlikdə mahnı oxuduğum Onur Şenerin cani şəkildə öldürülməsini qəbul etmirəm. Çox kədərliyəm. Ailəsinə və sevənlərinə səbir diləyirəm. İstədiyimiz tək şey musiqiyə, sənətçiyə və sənətə sevgidir”.