Xalq artisti Röya Ayxanın komediya aktyoru Nicat Rəhimovla dueti “Dəli kimi” trendə düşüb.
OLAY yazır ki, ötən gün dinləyicilərin ixtiyarına verilən klip trenddə 11-ci yerdədir.
Qeyd edək ki, Bakıda lentə alınan klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib.
Əyləncəli layihəyə rəhbərliyi “KEvents Group” öz üzərinə götürüb. Mahnının müəllifi isə Ceyhun Bayramlıdır (Jay Hun), fotolar Elbəy Sadıxlıya məxsusdur.