Musiqi
Musiqi

Dövlət Dumasından Timatiyə təklif

Dövlət Dumasından Timatiyə təklif

Rusiya Dövlət Dumasının deputatı Sergey Kolunov reper Timatiyə Rusiyanın Ukraynadakı xüsusi əməliyyat zonasına sənətçi kimi getməyi tövsiyə edib.

OLAY yazır ki, bu barədə o, news.ru-ya müsahibəsində deyib.

Deputat bu variantı sənətçiyə sonuncunun səfərbərliyə hazır olması barədə açıqlamasından sonra təklif edib.

Kolunovun sözlərinə görə, Timati kimi ulduzlar rus hərbçiləri qarşısında konsertlər verə və onlara dəstək ola bilərlər.

Qeyd edək ki, Timati çağırış alacağı təqdirdə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirak etməyə hazır olduğunu bildirib.