Xalq artisti Röya Ayxanın komediya aktyoru Nicat Rəhimovla dueti “Dəli kimi” trenddə liderdir.
OLAY yazır ki, sentyabrın 9-da dinləyicilərin ixtiyarına verilən klip trenddə 1-ci yerdədir.
Qeyd edək ki, Bakıda lentə alınan klipin çəkilişi “Beat Group”a həvalə olunub, rejissorluğunu isə Leyla Bağırlı edib.
Əyləncəli layihəyə rəhbərliyi “KEvents Group” öz üzərinə götürüb. Mahnının müəllifi isə Ceyhun Bayramlıdır (Jay Hun).