Musiqi
Musiqi

Nəsibə Abdullayeva “Xalq artisti” oldu

Nəsibə Abdullayeva “Xalq artisti” oldu

Prezident İlham Əliyev Nəsibə Abdullayeva haqqında sərəncam imzalayıb.

OLAY yazır ki,  sərəncama əsasən, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Abdullayeva atasını etnik fars hesab edir.

Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş sənətçinin iki oğlu var.

O, Azərbaycanda “Qara göz boy-boy” mahnısı ilə populyarlaşıb. Gənc nəsil isə sənətçini daha çox “Səndən nigaranam”la tanıyıb.