“...Milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.
OLAY Şərq qəzetinə istinadən yazır ki, bunu nazirliyin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsindən Əməkdar artist,
müğənni Cavanşir Məmmədovun “Xalq artisti” fəxri ad istəyinə cavab olaraq bildiriblər.
“Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bir müddət əvvəl ona Xalq artisti fəxri adının verilməməsi ilə bağlı etirazını bildirmişdi.