Musiqi
Musiqi

Xatirədən yeni klip

Xatirədən yeni klip

Müğənni Xatirə İslam “Söz tapmıram” adlı yeni mahnısını təqdim edib.

OLAY yazır ki, sənətçi həmin ifasına çəkdirdiyi klipi yutub kanalında yerləşdirib.  

Mahnının müəllifi Sheyh Ree (Şəhriyar Ramazanzadə), klipin rejissoru isə Hafis Ulubayovdur.

Xatirə bildirib ki, dəmiryol relsində lentə alınan klipin ideya müəllifi özüdür:

“İdeya müəllifi özüməm. Mahnını 6 ay əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır”.