Xalq artistləri Tünzalə Ağayeva və Röya Ayxan duet oxuyacaqlarını açıqlayıb.
OLAY yazır ki, bu barədə onlar sosial şəbəkə hesablarında paylaşdıqları videoda danışıblar.
Röya qeyd edib ki, ayrı-ayrı xarakterlərə sahib olsalar da, birlikdə mahnı oxuya bilərlər:
“Necə ki, Şakira Beyons ilə duet oxudu. Biz bunu edə bilmərik? Edərik. Enerjilərimiz fərqlidir. Amma hər kəs bizdən bir enerji gözləyir”.
Daha sonra T. Ağayeva həmkarına "20 ildir sənətdəyik. Kim kimi tərbiyələndirdi, kim kimi pozdu" sualını ünvanlayıb. Röya isə "Mən sənin tərbiyəni pozdum. Amma səndən musiqinin dərinliklərini öyrəndim",-deyə cavab verib.