Müğənni Gülay Zeynallı sosial şəbəkələrdə video və fotolarının paylaşılmasına qadağa qoyub.
OLAY yazır ki, o, xəbər səhifələrinin adminlərinə səslənərək bunları söyləyib:
“Sizdən həm xahiş, həm də tələb edirəm. Videolarımı paylaşdığınız üçün çox sağ olun. Lakin şərhlərə nəzarət edə bilmirsinizsə, video-fotolarımı paylaşmayın. Bəzən ağlı kəsməyən, sabahını düşünməyən şüursuz insanlar şərh yazırlar. Hansı ki, onlarla əlaqə saxlayıram, məndən üzr istəyirlər. Buna görə də, paylaşmayın. Mənim həmin reklama ehtiyacım yoxdur”.