Müğənni Zamiq Hüseynov “Gözlərində” adlı yeni mahnı və ona çəkdirdiyi klipini təqdim edib.
OLAY yazır ki, bəstənin müəllifi OGB-dir. Mahnının aranjimanı Samir Şirinov, mix-masteri Oleq Naumov, bekvokalı isə Esmira Rzayeva və Leyla Sezere aiddir.
Emin Muradovun rejissorluğu ilə ərsəyə gələn klipdə, Zamiq tərzli libasları ilə diqqət çəkib.
Pop ulduzun “make-up”ıüzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin prodüseri Fuad Vəlizadədir.
Bundan əlavə, Hüseynov Niko Abbasovun obyektivi ilə lentə alınan retro fotosessiyasını da paylaşıb.