Musiqi
Musiqi

Polşadan EBU-ya etiraz!

Polşadan EBU-ya etiraz!

Avropa Yayım Birliyi (EBU) Avroviziyanın münsiflər heyətinin səsverməsi ilə bağlı təhlilində altı ölkənin nəticələrində bəzi qeyri-qanuni səsvermə aşkarlanması iddiasına Polşa tərəfi etiraz edib. 

OLAY yazır ki, onlar arasında yer alan ölkənin dövlət kanalı TVP  mövzu barədə rəsmi açıqlama verib.

“Telewizja Polska kanalı Polşa münsiflərinə qarşı bütün ittihamları əsassız hesab edərək qəti şəkildə rədd edir. Onlar hətta EBU-nun alqoritmini də nəzərə almadan, sadəcə olaraq öz hisslərinə və mülahizələrinə uyğun səs verdilər. Jürilər Ukraynanı ən yüksək kimi qiymətləndirib və digər ölkələrin Polşaya verdiyi səslər arasında heç bir əlaqənin olmadığını bildiriblər.

Kanal yaxın günlərdə yarışma təşkilatçısı olan Avropa Yayım İttifaqının nümayəndələri ilə birlikdə buna aydınlıq gətirəcək. Gələcəkdə bu il lüzumsuz çaşqınlıqlara yol verməmək, səsvermənin şəffaflığını və sağlam xal toplamaq üçün müxtəlif qərarlar qəbul edəcəklər”.

Qeyd edək ki, EBU  Azərbaycan, Gürcüstan, Monteneqro, San- Marino və  Rumıniya da heyətdən kənarlaşdırılıb.