Əməkdar artist Xumar Qədimovanın reper Aslixan ilə dueti yayımlanıb. 

OLAY yazır ki, iki sənətçinin ifasına çəkilən klip Aslixanın yutub səhifəsində yerləşdirilib. 

Qədimova ilə reperin mahnısının sözü, musiqisi RUXAS-la Aslixana məxsusdur. 

Klip rejissoru isə Nicat Alışovdur.

Qeyd edək ki, bu, Qədimovanın bir reperlə ilk duetidir. Aslixan həm də sənətçinin pərəstişkarıdır. O bunu əvvəlki ifalarının birində də dilə gətirmişdi.