Musiqi
Musiqi

Sevdanın toy tarixi dəqiqləşdi

Sevdanın toy tarixi dəqiqləşdi

Müğənni Sevda Yahyayeva toy tarixini açıqlayıb.

OLAY yazır ki, sənətçi bu barədə Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramında danışıb:

“Rəsmi olaraq 1 il 2 aydır ailə qurmuşam. Sadəcə toy etməmişik. Fikirləşdik ki, toy edək, bizə yaxın insanları dəvət edək. İnşallah, gələn həftə olacaq. Zakir də mənim kimi həyəcanlıdır. Böyük sevgiylə, məhəbbətlə gələn həftəyə hazırlaşır.

Mənim qonaqlarım Zakirin qonaqlarından çoxdur. Nə qədər çağıra bilmədiyim insanlar var. 150 nəfərə icazə var. Həkimlərlə ulduzların toqquşması olacaq”.

Qeyd edək ki, S. Yahyayeva genetik Zakir Bayramovla ailə qurub.